Bu mövsüm Madrid "Real"ı ilə İspaniya La Liqasını qazanan baş məşqçi Jose Maurinyo müqaviləsini uzadıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı çalışdırıcının komandadan gedib getməyəcəyi haqda bir çox söz-söhbətlər gəzirdi. Bununla belə "kral klubu" ilə müqaviləsini 2016-cı ilə qədər uzadan Jose Maurinyo bütün söz-söhbətlərə nöqtə qoymuş oldu.