Jirunun yeni klubu – Rəsmi
14.05.2024 , 22:13
![](https://korner.az/wp-content/uploads/2024/05/IMG_0152.webp)
Olivye Jirunun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçunun ABŞ-ın “Los-Anceles”ə keçidi rəsmiləşib.
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, yeni komandasına azad agent kimi keçəcək. Jiru ilə 1+1 illik müqavilə imzalanıb.
Fransa millisinin üzvü olan 37 yaşlı futbolçu bu mövsüm “Milan”da 45 matçda 16 qol vurub, 9 məhsuldar ötürmə edib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)