Türkiyədə növbəti mövsümə hazırlığını davam etdirən “Qarabağ” növbəti transferini reallaşdırıb. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Bundesliqadan alınan xorvatiyalı qapıçı Miro Varvodiçin ardından elitadan daha bir legioner – Portuqaliya yüksək divizionunda çıxış edən “Jil Visente” klubunun formasını geyinən Riçard Almeyda de Oliveyranın keçidini həll edib. Ötən mövsüm 9-cu yeri tutan komandasında 29 oyun keçirən 23 yaşlı braziliyalı yarımmüdafiəçi solaxaydır. Riçardla tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” mövsümlərarası fasilədə yerli transferləri gənc futbolçular – yarımmüdafiəçi Elnur Abdulovla müdafiəçi Hacı Əhmədov olub.