Jesus vəzifəsindən getdi
12.06.2023 , 15:27

“Fənərbağça”nın baş məşqçisi Jorje Jesus vəzifəsindən istefa verib.
Korner.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis Türkiyə kubokunun finalında “Başakşehir”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Jesus ötən ilin iyunundan İstanbul klubunu çalışdırırdı.
