"Yuventus"un qocalmaq bilməyən, yaşayan əfsanəsi Alessandro Del Piero ölkəsi İtaliyanın Almaniyanı məğlub edə biləcəyinə inanır.
Korner.az-ın məlumatına görə, 37 yaşlı veteran futbolçu 2006-cı il DÇ-da olduğu kimi İtaliya seçməsinin turniri qazana biləcəyini vurğulayıb. Yığmanın baş məşqçisi Cesera Prandelliyə güvəndiyini söyləyən Del Piero bunları deyib:
"İtaliya niyə Almaniyanı məğlub etməsin? Çox yaxşı oynayırıq. Məncə İtaliya Almaniyaya bərabərdir. Bundeslimlərdə bəzi futbolçular var ki, olara xüsusi diqqət yetirilməlidir. Sözügedən futbolçular Mario Qomez, Mesut Özil və Tomas Müllerdir".
