İtaliya klubunun yeni hədəfi
18.04.2024 , 23:47

“Napoli” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub “Lill”in hücumçusu Conatan Devidi heyətinə qatmağa hazırlaşır.
İtaliya nəhəngi yayda ayrılacağı gözlənilən Viktor Osimheni onunla əvəzləməyi planlaşdırır.
Tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
Conatan Devid bu mövsüm 39 oyuna çıxıb, 23 qol vurub, 7 məhsuldar ötürmə edib.
