İtaliya klubunda baş məşqçi ayrılığı
11.03.2024 , 15:55

“Leççe” baş məşqçisi Roberto D’Aversa ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna səbəb, baş məşqçinin “Verona” ilə keçirilən oyundan sonra rəqib futbolçu Tomas Henrini kəllə ilə vurması olub.
Roberto D’Aversa 2023-cü ilin yayından “Leççe”ni çalışdırırdı.
