Hollandiya millisinin sabiq forvardı AVRO-2012-dəki favoritini açıqlayıb.
Korner.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Roy Makay, favorit komandasının İspaniya olduğunu, Fransa, İngiltərə və İtaliya yığmalarının heç bir supriz edə bilməyəcəyini bildirib:
"Son Dünya və Avropa çempionu İspaniya böyük ehtimalla yenə qalib olacaq. Almaniya və Hollandiya komandaları da pis deyil. Ancaq mənim favoritim İspaniyadır".
