AVRO-2012-nin final mərhələsində İspaniya seçməsinə 0:4 hesabı ilə məğlub olan İtaliya bu azmış kimi daha bir pis xəbər alıb.
Korner.az-ın məlumatına görə, görüşün 21 -ci dəqiqəsində italyanların heyətində Çellini zədələnərək oyundan çıxmaq məcburiyyətində qalmışdı.
"Yuventus" klubunun rəsmi saytında müdafiəçinin 1 ay 10 gün yaşıl meydanlardan kənar qalacağı bildirilib.
