17 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsində oynayacaq 4 komandadan 3-ü məlumdur. Korner.az-ın məlumatına görə, İsveçrə, Fransa və Almaniya yığmaları “Dördlər finalı”na vəsiqə qazanıb. Onlar həmin mərhələdə həm qitə çempionatının mükafatları uğrunda, həm də dünya çempionatına vəsiqə uğrunda həlledici matçlarda oynamaq hüququ qazanıb. Belə ki, bu il Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsində Avropanı təmsil edəcək 2 komanda “Dördlər finalı”nda müəyyənləşəcək.
Qeyd edək ki, İsveçrə öz qrupunda İngiltərəni, Almaniya isə İspaniyanı mundiala həsrət qoyub.