“Simurq”un qış fasiləsində yollarını ayıracağı daha bir futbolçu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, İdan Veytzman komandadan gedəcək.
Buna səbəb israilli etimadı doğrultmamasıdı. Yayda “Bney Saknin”dən transfer olunan 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada cəmi 6 oyuna çıxıb. Baş məşqçi Georgi Çixradze onun hazırlıq səviyyəsindən narazıdı.
Bundan başqa Nicat Qurbanovun da “Neftçi”yə dönəcəyi məlumdu. 12 oyunda 2 qola imza atan futbolçu müqavilə ilə məxsus olduğu komandanın razılığı olacağı halda qış fasiləsindən sonra yenidən “Simurq”a kömək edə biləcək.
Qeyd edək ki, artıq Rövşən Əmiraslanov “Simurq”dan ayrılıb.
