DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakıda millimizin qonağı olacaq İsrail yığmasının baş məşqçisi Eli Qutman bu oyunla bağlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, İsrail yığmasının çalışdırıcıs Azərbaycan millisinin çox sürətli və təhlükəli komanda olduğunu bildirib:
"Hazırda bütün diqqətimizi Azərbaycan və Rusiya ilə oyunlara yönəltmişik. Seçmə mərhələyə uğurlu start vermək niyyətindəyik. Bu səbəbdən də Azərbaycanla oyuna ciddi hazırlaşırıq. Azərbaycana qarşı oyunumuz çox çətin keçəcək. Rəqib haqda kifayət qədər məlumat əldə etmişik. Son zamanlar onların oyunlarında müəyyən irəliləyişlər hiss olunur. Bu baxımdan da Bakıdakı oyunda daha diqqətli olmalı və topu özümüzdə mümkün qədər çox saxlamalıyıq. Çünki Azərbaycan millisi çox sürətli və təhlükəli rəqibdir".
Qeyd edək ki, Azərbaycan – İsrail oyunu sentyabrın 7-də, saat 21:00-da başlayacaq.
