Avqust-sentyabr ayında Türkiyədə keçiriləcək şahmat Olimpiadasında Azərbaycan milli komandasının rəqibi olacaq İsrail yığmasının heyəti açıqlanıb. Korner.az-ın məlumatına görə, kapitan Alon Qrinfeldin tövsiyəsinə əsasən 5 nəfərdən ibarət komanda müəyyənləşdirilib.
Son yarışlarda yığmadan uzaq düşən və əsas diqqəti şahmat tacı uğrunda turnirə yönəldən Boris Gelfand yenidən komandaya cəlb edilib. Belə ki, o birinci lövhədə yarışacaq. Qrinfeld onunla yanaşı, Emil Sutovski, Maksim Rodşteyn, Yevgeni Postnıy və Boris Avruxa da dəvət göndərib.
