İsrafilovlu “Albasete”dən qələbə
23.03.2021 , 10:58
İspaniya II Liqasında XXX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Kartaxena”ya qslib gəlib – 2:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” 30 oyuna topladığı 29 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.