İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” klubu da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Levante” ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən İsrafilov isə sona kimi də orada qalıb.