Son Avropa çempionu İspaniya millisində zədə epidemiyası davam edir. Korner.az-ın məlumatına görə, Karlos Puyol və David Vilyanın ardından indi də Andoni İraola Del Boskeni pis vəziyyətdə qoyub. Belə ki, Bilbao "Atletik"inin futbolçusu "Barselona" ilə baş tutan İspaniya "Kral kuboku"nda zədələnib və Ukrayna və Polşada keçiriləcək Avro-2012-yə getmə şansını azaldıb. Həkim müayinəsindən keçən İraolanın omba sümüyü və ayaq biləyində zədə aşkarlanıb.