Dünya çempionatının başlanmasına bir gün qalmış İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.
Bunu Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.
“Real”ın ən yaxşı baş məşqçini almaq istədiyini anlayıram. Ancaq milli komanda bütün İspaniyanındır. Bu cür davam etmək olmaz. Lopeteqi bizim xəbərimiz olmadan “Real”la müqavilə imzalayıb. Bunu xəyanət hesab etmirəm, ancaq belə qərar verməli idik. Bu cür davranış qəbulolunmazdır. Lopeteqi ilə yolları ayırmağa məcbur olduq” – deyə Rubiales bildirib.
Qeyd edək ki, ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı.
