İspaniya milli komandasının və “Barselona”nın aparıcı futbolçusu Karles Puyol 2012-ci il Avropa çempionatında iştirak etməyəcək. Korner.az-ın mlumatına görə, İspaniya mətbuatı bu barədə məlumat yayıb. Kataloniya təmsilçisinin 33 yaşlı kapitanı dizindən əməliyyat olunduqdan sonra bərpa prosesi keçəcək.
Puyol İspaniya çempionatının 37-ci turunda “Barsa”nın “Espanyol” üzərində 4:0 hesablı qələbəsindən sonra özünü narahat hiss edib. Tibbi müayinə göstərib ki, təcrübəli futbolçu oynaqlarından əməliyyat olunmalıdır. Əməliyyat mayın 13-də baş tutacaq, Puyolun bərpasına isə 1,5 ay lazım gələcək.