London “Arsenal”ının futbolçusu Santiyaqo Kazorla klubunu tərk edə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbər ispan mətbuatında yer alıb. “Cadena Cope” qəzeti yazır ki, Santi Kazorla vətəninə qayıtmaq istəyir. Bu səbəbdən “Atletiko”nun təklifini qəbul edib.
Mənbənin yazdığına inansaq, iki klub arasında danışıqlar gedir. Transfer məbləği haqqında məlumat yoxdu.