İspaniya klubundan yeni transfer
08.02.2024 , 20:17
Alvaro Neqredo karyerasını İspaniya Sequndasında davam etdirəcək.
Korner.az xəbər verir ki, 38 yaşlı oyunçu “Valyadolid”də çıxış edəcək.
Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Neqredo ilə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalanıb.