“Atletiko” “Real”dan futbolçu gətirir
08.02.2024 , 20:55
“Atletiko” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, La Liqa klubu “Real”ın futbolçusu Dani Seballosu transfer etmək istəyir.
İspaniya klubu yayda 27 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərəcək.
İspaniyalı futbolçu 2017-ci ildən “Real”da çıxış edir.