İspaniyada heyətindəki futbolçuların ayrı-ayrılıqda 11 ölkəni təmsil etməsilə ad çıxarmış "Baku de Valensiya" futbol klubu fəaliyyət göstərir. Korner.az-ın məlumatına görə, bu klub həm də Peşəkar Futbol Liqasında qeydiyyatdan keçib və Valensiya regional liqasının ikinci divizionunda çıxış edir. Gücünə görə ölkənin 7-ci divizionunda çıxış edən klubun prezidenti də Azərbaycanlı xanımdır. Valensiyada meyvə-tərəvəz mağazasının sahibi olan Gülnarə Xanbabayeva həm də klubun prezidenti vəsifəsini daşıyır. Bundan əlavə o, "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin də rəhbəridir.
Qeyd edək ki, Kamerun, Gürcüstan, Ukrayna, Rusiya, Seneqal, Dominikan Respublikası, Argentina, Ekvador, Mərakeş, İspaniya və Uruqvaylı futbolçulardan təşkil olunmuş "Baku de Valensiya" klubunun baş məşqçisi ispaniyalı mütəxəssis Dalio Martsodur. Komandanın kapitanı isə Ruben adlı futbolçudur.
sportlife.az
