İsmail Kartal ərəblərlə razılaşdı
06.06.2024 , 23:51

“Fənərbağça”dan ayrılan İsmail Kartalla bağlı yeni iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, mütəxəssisin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ehtimal olunur.
Türkiyə mətbuatı yazır ki, baş məşqçi “Əl-Taavun”u çalışdıra bilər.
Bundan başqa, tərəflərin 1 illik razılığa gəldiyi iddia olunur.
