Bu gün Regional Futbol Federasiyaları İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.
Korner.az– AFFA-nın saytına istinadən xəbər verir ki, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– RFF İB-nin prezidentinin keçən dövr üçün hesabatı
– Nəzarət-Təftiş komissiyasının hesabatı
– RFF İB prezidentinin seçilməsi
– Digər məsələlər
Gündəlikdəki bütün məsələlər müsbət həllini tapdıqdan sonra RFFİB-nin prezidenti vəzifəsinə seçki keçirilib. İskəndər Cavadov növbəti dəfə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib.
