İsgəndərlinin komandası Super Liqaya vəsiqə qazana bilmədi
16.05.2024 , 22:18
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Türkiyə Super Liqasına yüksələ bilməyib.
Korner.az xəbər verir ki, komanda pley-off matçında “Bodrumspor”a 0:2 hesabı ilə məğlub olub.
Bununla da, “Boluspor” Super Liqaya vəsiqə şansını itirib.
Görüşə start heyətdə başlayan Vüsal İsgəndərli 71-ci dəqiqədə əvəzlənib.