Massiomo Moratti etiraf edir ki, Julio Sezarin ve Maykonun klubu tərk etməsi onu üzüb. Ancaq bütün bunlara baxmayaraq, Moratti təkidlə deyir ki, "San Siro" həmişə onların "doğma yuvası" olacaq.
Korner.az www.sambafoot.com portalına istinadən xəbər verir ki, Sezar "Nerazzuri" ilə müqaviləni uzatmamaq qərarına gəlib.
Onun komanda yoldaşı Maykon ilə isə "Mançester Siti" klubu futbolçunun "İnter"lə müqaviləsi başa çatan kimi ikiillik sözləşmə imzalamağı planlaşdırır.
"Maykon ve Sezarin klubdan ayrilması bizim üçün çox üzücü xəbərdi. Digər tərəfdən bu onların özlərini daha yaxşı göstərməsinə şərait yaradacağına inanıram. Biz onlarla qürur duyuruq. "San Siro" daim onların "doğma yuvası" olacaq", – deyə Moratti bildirib.
