İnzagi ilə ən yaxşı qələbə
21.02.2024 , 22:44

“Atletiko” ilə oyun “İnter” üçün tarixi olub.
Korner.az xəbər verir ki, klub Simone İnzaginin rəhbərliyi dönəmində ən yaxşı qələbə seriyasına imza atıb.
Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko Madrid”i məğlub edən (1:0) Milan təmsilçisi bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb.
“İnter” hazırda 63 xalla A Seriyasının turnir cədvəlində liderdir.
