İnyesta Yaponiyada ilk qolunu vurdu
11.08.2018 , 17:00

Ötən mövsümün sonunda “Barselona”dan Yaponiyanın “Kobe” klubuna keçən Andres İnyesta yeni komandasında ilk qolunu vurub.
34 yaşlı yarımmüdafiəçi yüksək liqanın 21-ci turunda hazırda “İvata” ilə keçirilən oyunda qol hesabını açıb. O, matçın 15-ci dəqiqəsində Lukas Podolskinin ötürməsini qola çevirib.
Qeyd edək ki, İnyestanın komandası 32 xalla 18 komanda arasında 4-cü pillədə qərarlaşıb.
