big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İNTİHAR (YAZI)

07.07.2014 , 05:39

Hər  keçən gün inkişaf etdiyinə inanmağa çalışdığımız futbolumuzun növbəti “hüzn gecəsi” Qəbələdə düşdü. Cümə axşamı stadionda “Qəbələ” adına futboldan və futbolçudan başqa hər şeyi görmək mümkün idi.  “Avropa siftəsi”ndə onların  bizə verdiyi vədlər belə deyildi axı. Verilən vədlər  yalnız söz kimi, kağız üzərində qaldı. Həmin kağızlar isə mübarizə aparmayan, qaçmayan,  gözündəki qələbə eşqi sönmüş futbolçularla birlikdə meydanda dəfn olundu. Kaş  “Qəbələ”lilər də Avropa Liqasında çıxış etdiklərinin fərqinə varıb buna uyğun işlər görədilər. Bəlkə onda “dillərinə uyğun dilçəkləri də olardı”. 

“Şiroki Briyeq”lə nəticə sensasiya deyil. Əlbəttə, futbolda  udmaq da var, uduzmaq da.  Bir matça hazırlaşarsan, ƏLİNDƏN GƏLƏNİ edərsən, amma nələrsə yolunda getməz  və məğlub olarsan. Bunu anlamaq olardı.  Axı “Qəbələ” məğlub olmadı, məğlubiyyəti özü seçdi! Daha obrazlı şəkildə desək, özünü uçuruma sürüklədi.

Mövsümün başa çatmasıyla bərabər, məşqçi heyətinin və bir çox aparıcı futbolçusunun Qəbələ macərasının erkən başa vurmasına göz yuman, digər klublar təlim-məşq toplanışında ikən İvaylo Petevin fırıldaqları üstündə baş sındıran, tələm-tələsik Muntyanuya təklif göndərib, onu razı salmaq üçün kisənin ağzını sonuna qədər açan rəhbərlik nəyi gözləyirdi ki?  Rəqiblərin qapını açıb “buyurun, gəlin, qol vurun” deyəcəyinimi?  Axı niyə yeni baş məşqçinin təyinatı bu qədər gecikdirildi?  Hətta Syomin bu cür tendensiyalardan o qədər bezmişdi ki,  Braziliya biletini sifariş edib, başlamışdı günləri saymağa. Yəni, komandadan nə olur-olsun gedəcəyini büruzə verirdi. Belədə  komanda baş məşqçi məsələsi öncədən razılaşdırılmalı idi. Daha Petevdən vurub, Muntyanudan çıxmamalıydı. Dorinelin 3 həftədən qısa zamanda heyətlə həm heyətlə tanış olacağına, həm yeni transferləri komandaya cəlb edəcəyinə, həm də öz taktikasını komandaya aşılaya biləcəyinə inanırdınızmı? Yəni, gördüyünüz kimi, rəhbərlik məğlubiyyətə özü zəmin hazırlamışdı. Halbuki, biz bunları dönə-dönə təkrarlayırdıq. Kimlərsə bunu eşitmir və ya eşitmək istəmirdi.  İyun ayının əvvəllərində hazırladığım yazıdan bir hissəni xatırlamaq yerinə düşər. “Syominin “Qəbələ” macərasını erkən başa vurması avrokubolarda şimal klubuna müəyyən çətinlik yarada bilər. Axı yeni baş məşqçi yeni taktika, yeni strategiya və yeni futbolçular deməkdir. Həmçinin yeni kluba, mühitə hazırlaşmaq üçün də vaxt lazımdır. “Qəbələ”nin avrokubolarda mübarizəyə I təsnifat mərhələsindən başlayacağını nəzərə alsaq, belə bir vaxt mövcud deyil”.

Məsələnin digər tərəfi, bu heyət avrokuboklarda uğur qazanmaq üçün yetərlimi idi? Komandanın əsas heyətinin 60%-i dəyişmişdi. Futbolçuların bir-birinə və yeni baş məşqçiyə uyğunlaşma məsələsini bir kənara qoyuram. Axı gələnlərin heç biri gedənlərin yolunu dolduracaq səviyyədə deyildi. Marat İzmayılov,  Daniel Subotiç, Lorentso Ebesilyo, İbrahimma Niasse, Leonardo da Silva, Yannik Kamanan, Rail Məlikov kimi futbolçuların qarşılığında komandaya  futbolumuzun zirvəsindən “zirzəmi”sinə enməyi bacaran Ruslan Abışov, ildən-ilə zəifləyən Ruslan Əmircanov, Muntyanudan başqa heç kəsin tanımadığı Adrian Roptan və Andrey Kristea, “asta qaçan namərddir” prinsipilə  şimal klubuna üz tutan Cavid Hüseynovdan başqa heç kim heyətə cəlb olunmadı.   Yəni, biz cümə axşamı “Qəbələ”yə yox, əslində  mcüzəyə inanırdıq.  İki ildir ayağına düz əməlli top dəyməmiş Ruslan Abışovun bir andaca partlayışa keçəcəyinə, Muntyanunun məşqçi istedadına, əlcəkdən çox klub dəyişdirən Kamran Ağayevin qapıda divləşəcəyinə, Ropotan və Kristeanın “şirin qarpız” çıxacağına inanırdıq.  Möcüzələr  isə boşuna, heç nədən yaranmır axı. Muntyanunun da əlinin altında möcüzə yaratmaq  üçün material yox idi. Elə Dorinel demişkən, biz Bosniya və Herseqovinaya da möcüzə  üçün gedirik. Çünki rasional səbəb yox idi və yoxdur da.

P.S. Kaş rəhbərlik  stadiona ayırdığı diqqətin, heç olmasa, yarısını komandaya ayırardı. Kim bilir, bəlkə də, düşünürdülər ki, komanda yerli azarkeşləri görüb, cuşa gələr və cütün taleyini ilk oyundaca həll edər. Amma onlar bilmirlər ki, başda Ruslan Tağızadə olmaqla, bir çox “Qəbələ”li üçün “futbol azarkeşlər üçün oynanılır”  fikrinin heç bir önəmi yoxdur. Bilməyənlər üçün qeyd edim ki, azarkeşlərdən birinin haqlı narazılığından sonra  Ruslan Tağızadə ona qeyri-etik sözlərlə cavab qaytarmış, həmin şəxs isə “mən bu stadiona niyə gəlirəm ki?!” – deyərək arenanı tərk etmişdi. Həqiqətən, bu azarkeş stadiona niyə gəlsin ki? Mübarizə aparmayan, oynamaq istəməyənləri izləməyəmi?   

Ürfan Məmmədzadə

Son yazılar

To Top