big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İnterpapa (Yazı)

01.04.2013 , 12:05

“Müqəddəs” Georgiyə vicdannamə
 
 Günlərin bir günü Bolqarıstan Yambolunda anadan olmuş Georgi adlı şəxs “Neftçi”nin vicdanının ləkəli olduğunu yazır. Azərbaycanda “İnter” klubuna atalıq qayğısı göstərməklə kifayətlənməyib “Simurq” klubuna “böyük qardaş”lıq edən Nikolov üçün vicdan necə olur, hansı rəngdədi, dadı necədir deyə bilmərəm. Bircə onu bilirəm ki, Azərbaycan futbolu deyəndə fərəqət durmalı olan gəlmə, futbol adamı kresloya yayxanıb pulumuzu sayır və bizi bunu bacarmamaqda günahlandırır. Təbii ki, işini gücünü atıb futbola gələn azarkeşlər sizin “Şəfa”ya yamadığınız süni örtüyə xərclədiyiniz 500 mini saya bilməz.
 
 Onların kasıb, amma mərd ürəyi komandalarının vurduğu qolu saymaqla rahatlıq tapdığı halda, siz “İnter” geyindiyi göy forma fonunda Benjamin Franklini görürsünüz. Axı o da göydür. İndi interpapalığınız tutub deyə özünüzü təəsübkeş kimi göstərməyiniz “Şəfa”nın örtüyü kimi süni görünür. Biz evimizdə ən rahat yeri, ən dadlı yeməyi gələn qonağa təklif edirik və ayılanda görürük ki, qonaq ən rahat yer kimi başımızı seçib, ayaqlarını da sallayıb üzü aşağı. İndi Georgini qabaqdan, arxadan, yandan bir sözlə hardan qınasan azdır. Bu gün vicdandan, qürurdan ləkədən danışan Nikolov azarkeşlərə qəfəs düzəltməyi planlaşdırırsa, ona bir az da zooaləmin qanunlarından danışım. Adətən yırtıcı heyvanlar öz ərazisini özünəməxsus şəkildə işarələyir ki, başqaları ora yaxın durmasın. Qəfəs tikmək çoxlu Benjamin istəyir, bəlkə elə siz də bu üsuldan istifadə edəsiniz. İndi bu qalıb sizin vicdanınıza yaxud instinktinizə cənab Nikolov.
 
 Sizin vicdan kodeksinizi “Böyük qardaş”ı olduğunuz “Simurq” klubunun futbolçuları “Bakcell Arena"da bir daha nümayiş etdirdi. Amma biz abrımıza bürünüb (sizin dilinizdə belə ifadə yoxdu anlamağa çalışmayın) bunu vandalizm adlandırmadıq. Sizin marqarin iyindən mutasiyaya uğramış vicdanınız, xalqımızın mənəvi heysiyyəti qarşısında hələ çox şəkil dəyişəcək. Dırnaq kimi regenerasiya etdikcə itiliyinizlə bərabər altınıza yığılan çirk də artır. Halbuki, siz “Şəfa” stadionu ətrafındakı Keşlə qəsəbəsində 3 kvadrat metr ərazisi olan evlərdə min bir əziyyətə qatlaşaraq yaşayan həmvətənlərimizin qürur mənbəyinə çevrilmək imkanına malik idiniz.
 
 Siz xalqın komandasını vicdanı ləkəli adlandırmaqla, içinizi göstərdiniz. Vaakum.
 
 “Müqəddəs” Georgi indi siz tərcüməçi axtarırsınız ki, yazdığım cümlələri sizə yavaş-yavaş oxusun və tərcümə eləsin. Yayxandığınız kreslonun rahatlığı hara yoxa çıxdı. Tərinizi silin həyəcan sizə yaraşmır. Qalstukunuzu boşaltmayın, belə hallarda dərindən nəfəs almaq da kömək etmir. Bir dənə siqaret yandırın və harada səhv etdiyinizi fikirləşin. ….. Yox düz deyil. Siz vicdan deyəndə səhv etmisiniz. 1-ci dərsin sualı Georgi Nikolov üçün vicdan nədir?
 
Gündüz ABBASZADƏ
 
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi

Son yazılar

To Top