Uzun müddət "Udineze"də çıxış etdikdən sonra "İnter"ə keçən qapıçı Samir Handanoviç dizindən əməliyyat olacaq.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytında verilən informasiyaya əsasən sloveniyalı qapıçı məşq zamanı sağ dizindən ağır zədə alıb.
Bununla da əlcək sahibi əməliiyat olaraq uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
