Xəbər verdiyimiz kimi, bu gün “İnter” Sloveniya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirəcək. Korner.az-ın məlumatına görə, “bankirlər”in rəqibi Avstriyanın “Kapfenberq” klubu olacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Xatırladaq ki, ötən mövsüm “Kapfenberq” Avstriyanın yüksək liqasında çıxış edib. Lakin turnirin yekunlarına əsasən komanda 10-cu yeri tutaraq elitada yerini itirib.