“İnter”in daha bir futbolçusu sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, “bankirlər” braziliyalı hücumçusu Tales Şutsu itirib.
Belə ki, dekabrın 14-də “İnter” Gəncədə məşq edərkən Şuts komandanın konqolu müdafiəçisi Brüs Abdulaye ilə toqquşub. Nəticədə Şultsun sol gözünün altındakı sümüyü sınıb. Həkimlərin müayinəsindən sonra məlum olub ki, Tales növbəti turda – “Bakı” ilə oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “İnter”də Şutsdan əvvəl Georgi Adamiya və Petar Zlatinov da uzun müddətə sıradan çıxıb. Hazırda Zlatinov Bolqarıstanda, Adamiya isə Gürcüstanda bərpa prosesi keçir.
