Bu gün Azərbaycan Premyer Liqasında üçüncü tura iki oyunla yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, Əvvəlcə meydana "Sumqayıt" və "Qarabağ" futbolçuları çıxacaqlar. İlk iki turda 4 xal toplayan hər iki komandanın bu oyunu maraqla gözlənilir. Bu görüş saat 18:00-da "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunda start götürəcək.
Digər bir matç isə "AZAL Arena" stadionunda baş tutacaq. Burada paytaxtın "İnter" komandası "Xəzər Lənkəran"ı qəbul edəcək. İki turdan sonra aktivində cəmi 1 xalı olan Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə qələbə qazanmağa çalışacaq. Bu görüş isə saat 20:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
III tur
19 avqust (bazar)
18:00. “Sumqayıt” – “Qarabağ” 1:6
Qollar: Riçard Almeyda (12) (64), Rəşad Sadıqov (pen-20), Vüqar Nadirov (72), İlqar Qurbanov (85), Namiq Yusifov (90+1) // Sabir Allahquliyev (75)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Murad Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:30. “İnter” – “Xəzər Lənkəran” 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
AZAL Arena stadionu
18 avqust (şənbə)
"Kəpəz" – AZAL 0:2
Qollar: Junior Nildo 31, 51
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu, 18:00
"Neftçi" – "Qəbələ" 3:0
Qollar: Cavid İmamverdiyev 48, 89, Julius Vobay 54
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00
“Simurq” – “Turan” 3:0
Qollar: Zdravko Popoviç (80) (85), Mario Bojiç (90)
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu, 19:00
“Rəvan” – “Bakı” 1:1
Qollar: Tofiq Mikayılov (73) // Uniston Parks (88)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
Dalğa Arena, 20:00
