Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibləri olan “Rubin” və “İnter” Azərbaycana nümayəndə göndərib.
Korner.az-ın məlumatına görə, hər iki klub rəsmiləri şəraitlə tanış olmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunu nəzərdən keçirib, ümumi vəziyyətlə tanış olublar.
