Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışı keçən "İnter"in dünən 2 məşqi baş tutub. Korner.az-ın məlumatına görə, səhərki çalışmalarda futbolçular isinmə hərəkətlərindən sonra fiziki hərəkətlər yerinə yetiriblər. Axşam məşqində isə "İnter" taktiki tapşırıqlar üzərində çalışıb, daha sonra ikitərəfli oyun keçirilib və məşq son ötürmələr və qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, artıq dünəndən komandanın düşərgəsinə Azərbaycan yığmasının sərəncamından qayıdan Arif Daşdəmirov qoşulub. Hazırlığın planına əsasən sabah "İnter" bir dəfə məşq edəcək.
Xatırladaq ki, ayın 8-də komanda "Dinamo"(Tiflis) klubuyla yoldaşlıq görüşü keçirəcək.
