“İnter”in Avstriyadakı təlim-məşq toplanışı davam edir.
Korner.az-ın məlumatına görə, “bankirlər” toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
Paytaxt klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Krasnodar” klubuyla üz-üzə gələcək. Qarşılaşma Avstriya vaxı ilə 14:00-da başlayacaq.
Qeyd edək ki, “Krasnodar” ötən mövsümdə 30 qarşılaşmada 51 xal toplayıb və bu nəticə ilə “yaşıl-qaralar” 16 klub arasında 5-ci olublar.