Sloveniyada təlim-məşq toplanışını başa vuran "İnter" klubunun iyulun 3-də Estoniyaya yollanması haqda xəbər vermişdik.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tallin hava limanına gələn komanda sonradan Rakvere şəhərinə yola düşüb.
"İnter"in bu gün oyunöncəsi ilk məşqinə çıxacaq.
Xatırladaq ki, Avropa Liqasının I təsnifat mərhələsində "İnter" Estoniyanın "Trans"(Narva) komandasıyla qarşılaşacaq. Oyun iyulun 5-də Bakı vaxtı ilə 20:30-da başlayacaq.