UEFA Avropa Liqasında yoluna uğurla davam edən “Qarabağ” 2 gün sonra “İnter”lə Premyer Liqa matçına çıxmalıdı. Bəs görəsən maraqlıdı avrokuboklarda mübarizəni davam etdirən yeganə klubumuz olan Ağdam təmsilçisinin “bankirlər”lə oyunu baş tutacaqmı? Bununla bağlı klub PFL-ə müraciət etməyib?
Klubun mətbuat xidmətindən Korner.az-a verilən məlumata görə, sözügedən qarşılaşma üçün “Qarabağ” heç bir yerə müraciət etməyib və avqustun 4-də keçirilməli olan “İnter” – “Qarabağ” oyunu baş tutacaq.
Qeyd edək ki, oyun saat 20:00-da start götürəcək.
