“İnter” iki futbolçusu ilə yollarını ayırdı
16.07.2023 , 10:55

Milan “İnter”i daha iki futbolçusu ilə vidalaşıb.
Korner.az xəbər verir ki, İtaliya klubu argentinalı yarımmüdafiəçi Valentin Karbonini “Montsa”ya icarəyə verib.
18 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
“İnter”in digər gənc yarımmüdafiəçisi Tibo Persin isə Niderlandın “Eyndhoven” klubuna transfer olunub. Belçikadan olan 21 yaşlı futbolçu Eyndhovenin eyniadlı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
