Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “İnter” PİK-in Müşahidə Şurasının iclası keçiriləcək.
İclasda klubun idman departamentinin strukturu nəzərdən keçiriləcək və növbəti 5 il üçün iş planı müzakirə olunacaq.
Müşahidə Şurasının iclasında “İnter”PİK-in fəxri prezidenti Cahangir Hacıyev və klubun prezidenti Georgi Nikolov iştirak edəcəklər.
