“İnter” baş məşqçiyə yeni müqavilə təklif edəcək
29.03.2024 , 13:04

İtaliyanın “İnter” klubu baş məşqçisi Simyone İnzaqi ilə mövcud müqaviləni uzatmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri İtaoiya KİV-i yayıb.
Xəbərdə bildirilir ki, A seriya təmsilçisi İnzaqiyə 2027-ci ilə kimi nəzərdə tutulmuş yeni sözləşmə təklif edəcək.
