"İnter" Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışı keçirir. Korner.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, toplanışın 5-ci günündə 2 məşq baş tutub. Səhərki çalışmalarda futbolçular isinmə hərəkətlərin ardınca fiziki hərəkətlər yerinə yetiriblər. Axşam məşqində isə "İnter" taktiki tapşrıqlar üzərində çalışıb, daha sonra ikitərəfli oyun keçirilib və məşq qapıya zərbələrlə yekunlaşıb.
