İngiltərə klubunun yeni transfer hədəfi
10.05.2024 , 17:31

“Mançester Yunayted”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Atletiko”nun müdafiəçisinə elçi düşüb.
Söhbət oyunçu Reynilda Mandavadan gedir.
“Qırmızı şeytanlar” 30 yaşlı futbolçu üçün 10 milyon avro ödəmək fikrindədir.
Amma “Atletiko” mozambikli futbolçu üçün 15 milyon avro tələb edir.
Mandavanın Madrid təmsilçisi ilə müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.
