İngiltərə klubu “Yuventus”dan oyunçu gətirir
26.03.2024 , 21:50

“Mançester Yunayted” transfer işlərinə başlayıb.
Korner.az xəbər verir ki, klub “Yuventus”un ulduz futbolçusu Qleison Bremeri heyətə qatmaq üçün hərəkətə keçib.
Bu barədə “Mirror” məlumat yayıb.
Xəbərdə, braziliyalı müdafiəçinin müqaviləsində təqribən 60 milyon avroluq sərbəst qalma maddəsinin olduğu və bu qiyməti “Mançester Yunayted”in ödəyə biləcəyi bildirilir.
Bu mövsüm “Yuventus”da 29 rəsmi oyuna çıxan Qleison Bremer bu matçlarda 2 qola imza atıb.
