İngiltərə klubu onun üçün 25 milyon avro ödəyəcək
24.04.2024 , 19:56

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, oyunçu ilə “Aston Villa” yaxından maraqlanır.
Futbolçunu heyətinə qatmaq istəyən Premyer Liqa təmsilçisi “Qalatasaray”a 25 milyon avroluq təklif göndərib.
Unai Emerinin çalışdırdığı komanda Barış Alper Yılmazla 5 illik müqavilə imzalamaq istəyir.
Barış Alper Yılmaz “Qalatasaray”la cəmi 103 oyun keçirib. 23 yaşlı futbolçu bu matçlarda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.
