İngiltərə klubu iki futbolçusunu itirdi
03.04.2024 , 23:41

“Mançester Yunayted” iki itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın müdafiəçiləri Viktor Lindelof və Lisandro Martines uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lindelof “Brentford”la oyunda bud nahiyəsindən zədələnib. Həmin matçda onu əvəz edən Martines isə baldırından xəsarət alıb.
Hər iki futbolçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
