İngiltərə klubu “Everton”un futbolçusuna “elçi” düşdü
14.05.2024 , 23:19

“Mançester Yunayted” yeni mövsüm üçün hazırlıqlara başlayıb.
Korner.az xəbər verir ki, klub yeni transfer üçün hərəkətə keçib.
İngiltərə klubu “Everton”dan Carrod Brantveytini heyətinə cəlb etmək istəyir.
“Mançester Yunayted” oyunçu üçün 55 milyon funt-sterlinq ödəmək fikrindədir.
Carrod Brantveyt bu mövsüm “Everton”un heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol vurub.
