İngiltərə klubu baş məşqçi ilə yolları ayırdı
19.02.2024 , 20:51

“Kristal Pelas” baş məşqçisi Roy Hocsonla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hocson 2017-ci ildən “Kristal Pelas”ı çalışdırırdı.
Onun rəhbərliyi altında klub 200 oyuna çıxıb, 66 dəfə qalib gəlib, 46 dəfə heç-heçə edib və 88 dəfə məğlub olub.
