İngiltərə klubları onunla maraqlanır
19.04.2024 , 14:55

“Lokomotiv”in hücumçusu Sergey Pinyaev iki nəhəng klubun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, söhbət “Mançester Siti” və “Çelsi”dən gedir.
Oyunçu hər iki klubun maraq dairəsindədir.
19 yaşlı forvardın “transfermarkt” portalında dəyəri 8 milyon avro təşkil edir.
